“Napoli”dən 30 milyonluq TRANSFER

“Napoli”dən 30 milyonluq TRANSFER

Hazırda oxunan: “Napoli”dən 30 milyonluq TRANSFER

209314

İtaliyanın "Napoli" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, Neapol təmsilçisi "Mançester Yunayted"dən Skott Maktomineyi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Napoli" şotlandiyalı yarımmüdafiəçi üçün İngiltərə klubuna 30 milyon avro təzminat ödəyib. 27 yaşlı oyunçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Skott Maktominey "Mançester Yunayted"in yetirməsidir. Şotlandiya millisinin üzvü "qırmızı şeytanlar"ın əsas komandasının heyətində meydana çıxdığı 255 rəsmi matçda 29 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO