“Qarabağ”ın legioneri milli komandaya ÇAĞIRILDI

“Qarabağ”ın legioneri milli komandaya ÇAĞIRILDI

Hazırda oxunan: “Qarabağ”ın legioneri milli komandaya ÇAĞIRILDI

209301

“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde milli komandasına dəvət alıb. 

Bizim.Media xəbər verir ki, Kabo-Verde yığması sentyabrın 6-da Misir, 10-da isə Mavritaniya millisi ilə qarşılaşacaq. 

Klubun futbolçusu Sadiq Məmmədzadə isə Azərbaycanın U-19 yığmasına çağırılıb.

Azərbaycan millisi avqustun 31-dən sentyabrın 1-dək Bakıda, sentyabrın 2-dən 10-dək isə İspaniyanın Mursiya şəhərində hazırlıq keçəcək. Toplanış çərçivəsində 3 yoldaşlıq görüşü baş tutacaq. Yığmamız sentyabrın 4-də Şotlandiya, 6-da Niderland, 9-da Uelslə görüşəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO