“Qalatasaray”ın futbolçusu Almaniya KLUBUNDA

“Qalatasaray”ın futbolçusu Almaniya KLUBUNDA

Hazırda oxunan: “Qalatasaray”ın futbolçusu Almaniya KLUBUNDA

209195

Türkiyənin "Qalatasaray" klubu müdafiəçi Derrik Köhnü icarəyə verib. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi almaniyalı futbolçunu "Verder"ə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

25 yaşlı sol cinah müdafiəçisi 2024/2025 mövsümünü Bundesliqa təmsilçisinin heyətində keçirəcək. "Verder" Türkiyə klubuna 400 min avro icarə haqqı ödəyəcək. Bremen təmsilçisi 5 milyon avro ödəməklə futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir. 

Qeyd edək ki, "Qalatasaray" Derrik Köhnü bu ilin yanvar ayında "Hanover"dən transfer edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO