“Araz Naxçıvan” səfərdə “Sumqayıt”a qalib gəldi - VİDEO

“Araz Naxçıvan” səfərdə “Sumqayıt”a qalib gəldi - VİDEO

Hazırda oxunan: “Araz Naxçıvan” səfərdə “Sumqayıt”a qalib gəldi - VİDEO

209179

Misli Premyer Liqasında 5-ci turun oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə “Sumqayıt” doğma meydanda “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirib. 

Bu oyunda qonaqlar minimal hesabla qələbə qazanıblar.

“Şamaxı” – “Neftçi” və “Kəpəz” – “Sabah” matçları sabah keçiriləcək. Tura sentyabrın 1-də baş tutacaq “Zirə” – “Qarabağ” oyunu ilə yekun vurulacaq. İlk oyunda “Turan Tovuz” “Səbail”ə 1:0 qalib gəlib.

Misli Premyer Liqası

5-ci tur

30 avqust

“Sumqayıt” – “Araz-Naxçıvan” 0:1

Qol: Miço Kuzmanoviç, 56.

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Kamran Əliyev

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 11. Fernando Da Silva, 9. Nikola Vuynoviç, 23. Cordan Rezabala.

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 3. Slaviça Radoviç, 99. Silvanus Nimeli, 60. Tresor Mossi.

Baş məşqçi: Samir Abasov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos.

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 57. Elcan Məmmədov, 10. Bernardo Dias.

Məşqçi: Rasim Ramaldanov.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO