“Liverpul” Kyeza ilə ANLAŞDI

“Liverpul” Kyeza ilə ANLAŞDI

Hazırda oxunan: “Liverpul” Kyeza ilə ANLAŞDI

208873

"Yuventus"un futbolçusu Federiko Kyezanın "Liverpul"a keçidi dəqiqləşib. 

Bizim.Media "Mirror"a istinadən xəbər verir ki, italyalı vinger artıq İngiltərəyə yola düşüb.

"Liverpul" 26 yaşlı yarımmüdafiəçi üçün "Yuventus"a 13 milyon avro təzminat ödəyəcək. Futbolçu özü isə yeni klubu ilə 4 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, İtaliya millisinin üzvü 2020-ci ildən çıxış etdiyi Turin təmsilçisinin heyətində 131 rəsmi matçda 32 qol vurub  və 23 məhsuldar ötürmə edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO