AFFA “Araz-Naxçıvan”ın baş məşqçisinə 5 oyunluq cəza verdi

AFFA “Araz-Naxçıvan”ın baş məşqçisinə 5 oyunluq cəza verdi

Hazırda oxunan: AFFA “Araz-Naxçıvan”ın baş məşqçisinə 5 oyunluq cəza verdi

208814

AFFA İntizam Komitəsi "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyevi cəzalandırıb.

Bizim.Media xəbər verir ki, qərar Komitənin bugünkü iclasından sonra açıqlanıb.

Misli Premyer Liqasının 4-cü turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Araz-Naxçıvan” komandası 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Həmin matçın 90+5-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun inzibatçısı Hüseynxəlil Orucoğlu da rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçuya fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Araz-Naxçıvan” komandası 4000 manat cərimə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO