Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Olimpiya Güləş Mərkəzini ziyarət edib.
Səfirlikdən Bizim.Media-ya verilən məlumata görə, C.Bağcı Bakıda təlim-məşq toplanışında olan Türkiyənin gənclərdən ibarət milli komandasının üzvləri ilə görüşüb. Məşqçi Ruşen Çetin səfirə hazırlıq prosesi barədə danışıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə səfiri Qubaya getdi - FOTOLAR
Sonda Azərbaycan Güləş Federasiyasının rəsmiləri və yığmamızın məşqçiləri ilə birgə xatirə fotosu çəkilib.
Qeyd edək ki, Türkiyə yığması 28 - 30 mayda İstanbulda beynəlxalq Çempionlar Turnirinə və 28 iyun - 4 iyulda Almaniyanın Dortmund şəhərində Avropa çempionatına qatılacaq.
Bizim.Media