Portuqaliya millisinin üzvü “Yuventus”da

Portuqaliya millisinin üzvü “Yuventus”da

Hazırda oxunan: Portuqaliya millisinin üzvü “Yuventus”da

208687

İtaliyanın "Yuventus" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib. 

Bizim.Media xəbər verir ki, Turin təmsilçisi "Portu"dan Fransisko Konceyçaonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Portuqaliyalı vinger 2024/2025 mövsümünün sonuna kimi "Yuventus"un formasını geyinəcək.

Qeyd edək ki, Fransisko Konceyçao 2018-ci ilin yayında "Portu"nun akademiyasına cəlb olunub. 21 yaşlı futbolçu "əjdahalar"ın əsas komandasının heyətində meydana çıxdığı 93 rəsmi matçda 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO