Rusiya klubu “Qarabağ”ın futbolçusuna TƏKLİF GÖNDƏRDİ

Rusiya klubu “Qarabağ”ın futbolçusuna TƏKLİF GÖNDƏRDİ

Hazırda oxunan: Rusiya klubu “Qarabağ”ın futbolçusuna TƏKLİF GÖNDƏRDİ

208597

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo" Azərbaycan çempionundan futbolçu transfer etmək istəyir. 

Bizim.Media xəbər verir ki, Zaqreb təmsilçisi Julio Romaonu heyətinə qatmaqda maraqlıdır. 

"Dinamo" braziliyalı dayaq yarımmüdafiəçisi üçün "Qarabağ"a 2,5 milyon avroluq təklif göndərib. Ağdam təmsilçisi isə futbolçunu 5 milyon avrodan aşağı satmağı düşünmür.

Qeyd edək ki, "Qarabağ" Julio Romaonu 2022-ci ilin yayında Portuqaliyanın "Santa Klara" klubundan transfer edib. 26 yaşlı orta xətt oyunçusu komadanın heyətində keçirdiyi 98 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO