"Real Madrid" üç xalı üç qolla qazandı - VİDEO

"Real Madrid" üç xalı üç qolla qazandı - VİDEO

Hazırda oxunan: "Real Madrid" üç xalı üç qolla qazandı - VİDEO

208364

İspaniya La Liqasının 2-ci turunda "Real Madrid" və "Valyadolid" komandalarının qarşılaşdığı matç başa çatıb.

Bizim.Media xəbər verir ki, komandalar Madriddəki "Santyaqo Bernabeu" stadionunda qarşılaşıblar. Qarşılaşmanı Viktor Qarsiya Verduranın başçılıq etdiyi hakimlər briqadası idarə edib.

50-ci dəqiqədə "Real"ın yarımmüdafiəçisi Federiko Valverde hesabı açıb. Yarımmüdafiəçi Brahim Dias 88-ci dəqiqədə meydan sahibləri bir daha sevindirib. 90+6-cı dəqiqə oyunda son sözü hücumçu Endrik deyib - 3:0.

İspaniya çempionatının ötən mövsümündə "Real" ölkə çempionu olub. Komanda 38 görüşdə 95 xal toplayıb. "Valyadolid" isə Sequndada ikinci yeri tutub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO