"Sabah" Masazırda "Sumqayıt"ı məğlub etdi - VİDEO

"Sabah" Masazırda "Sumqayıt"ı məğlub etdi - VİDEO

Hazırda oxunan: "Sabah" Masazırda "Sumqayıt"ı məğlub etdi - VİDEO

208350

Azərbaycan Premyer Liqasının IV turunda "Sabah" Masazırda "Sumqayıt"ı qəbul edib.

Bizim.Media xəbər verir ki, görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün 12-ci dəqiqəsində “Sumqayıt” komandası Fernando Da Silvanın qolu ilə hesabı açıb.

Ancaq sumqayıtlılar üstünlüyü sona qədər qoruyub saxlaya bilməyib. İlk hissənin bitməsinə 2 dəqiqə qalmış “Sabah”dan Namik Ələskərov hesabı bərabərləşdirməyə nail olub. 54-cü dəqiqədə Pavol Safranko “Sabah”ı hesabda önə çıxarmağı bacarıb. 77-ci dəqiqədə Bakı klubundan Cesse Sekidika fərqi 2 topa çatdırmaqla son nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Zirə” - “Şamaxı” matçı ilə yekun vurulacaq.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO