Rahilin komandasından ardıcıl 4-cü MƏĞLUBİYYƏT

Rahilin komandasından ardıcıl 4-cü MƏĞLUBİYYƏT

Hazırda oxunan: Rahilin komandasından ardıcıl 4-cü MƏĞLUBİYYƏT

208106

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun da formasını geyindiyi "Radomyak" Polşa çempionatında növbəti matçına çıxıb. 

Bizim.Media xəbər verir ki, Radom təmsilçisi 6-cı turda "Vidzev"in qonağı olub. 

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Radomyak" ardıcıl 4-cü matçda xalsız qalıb. 

Start heyətdə meydana çıxan Rahil 89-cu dəqiqədə Radoslav Cielemecki ilə əvəzlənib. Məmmədov 41-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 

Qeyd edək ki, 1 oyun az keçirən "Radomyak" hazırda turnir cədvəlində 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO