“Mustafa əsas transfer hədəflərimizdən biri idi” - Qriqorçuk

“Mustafa əsas transfer hədəflərimizdən biri idi” - Qriqorçuk

Hazırda oxunan: “Mustafa əsas transfer hədəflərimizdən biri idi” - Qriqorçuk

208105

“Neftçi” nun baş məşqçisi Roman Qriqorçuk Mustafa Sekin transfer olunmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Seneqal əsilli ispaniyalı futbolçunun “Neftçi”ni gücləndirə biləcək keyfiyyətli və təcrübəli oyunçu olduğunu deyib:

“Çox şadam ki, Mustafa Sek bizim oyunçu oldu. Biz onu çoxdan izləyirdik. Mustafa əsas transfer hədəflərimizdən biri idi. O, “Neftçi”ni gücləndirə biləcək keyfiyyətli və təcrübəli futbolçudur. Mustafanın hazırda yaxşı formada olması da məni sevindirir. Buna görə də ümid edirəm ki, komandaya uyğunlaşmaq üçün çox zamana ehtiyacı olmayacaq”.

Qeyd edək ki, “Neftçi” bu gün Mustafa Seklə 3 illik müqavilə imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO