“Beşiktaş” Almaniya klubunun futbolçusunu transfer edir

“Beşiktaş” Almaniya klubunun futbolçusunu transfer edir

Hazırda oxunan: “Beşiktaş” Almaniya klubunun futbolçusunu transfer edir

208077

"Beşiktaş" heyətini "Auqsburq"un müdafiəçisi ilə gücləndirməyə yaxındır. 

Bizim.Media xəbər verir ki, söhbət Feliks Udokaidən gedir.  

26 yaşlı müdafiəçinin transferi üçün "Beşiktaş"ın İdarə Heyətinin müşaviri Bred Fridel müqavilənin şərtlərini dəqiqləşdirmək məqsədilə Almaniyaya yola düşüb. Udokainin transfer qiyməti 7 milyon avro olaraq qiymətləndirilir. Onun Almaniya klubu ilə müqaviləsi gələn il başa çatır.

Qeyd edək ki, 2020-ci ildən "Auqsburq"un formasını geyinən Udokai, burada 124 matça çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO