“Araz Naxçıvan” Çempionlar Liqasına qələbə ilə BAŞLADI

“Araz Naxçıvan” Çempionlar Liqasına qələbə ilə BAŞLADI

Hazırda oxunan: “Araz Naxçıvan” Çempionlar Liqasına qələbə ilə BAŞLADI

207761

“Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayıb. 

Bizim.Media xəbər verir ki, H qrupunda yer alan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”la üz-üzə gəlib.
 

İsveçin Uddevalla şəhərində gerçəkləşən qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 7:1. Azərbaycan çempionunun heyətində Covanni Valerio het-trik edibsə, Kənan Manafov, Aleksandar Yaniç, Amadeu və Emil Həsənzadə hərəyə bir qol vurublar. “Araz-Naxçıvan” sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq.


Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO