“Omoniya”nın baş məşqçisi: “Zirə” ilə oyunda diqqətli olmalıyıq”

“Omoniya”nın baş məşqçisi: “Zirə” ilə oyunda diqqətli olmalıyıq”

Hazırda oxunan: “Omoniya”nın baş məşqçisi: “Zirə” ilə oyunda diqqətli olmalıyıq”

207754

“Omoniya”nın baş məşqçisi Valdas Dambrauskas Kiprdə “Zirə”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında iştirak edib. 

Bizim.Media xəbər verir ki, mütəxəssis Azərbaycan təmsilçisinin keyfiyyətli komanda olduğunu bildirib:
 

“Müsbət nəticə əldə edəcəyimizə inanıram. Azarkeşlərimiz kimi, biz də bu qarşılaşmanı səbirsizliklə gözləyirik. Ümid edirik ki, onları sevindirəcəyik. “Zirə”nin müxtəlif güclü tərəfləri var. Müdafiədə kifayət qədər yaxşı təsir bağışlayırlar. Buna görə də “Zirə” ilə matçda diqqətli olmalıyıq”.


Avqustun 22-də GPS stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bundan bir həftə sonra gerçəkləşəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO