Azərbaycan təmsilçisi Çempionlar Liqasında MÜBARİZƏYƏ BAŞLAYIR

Azərbaycan təmsilçisi Çempionlar Liqasında MÜBARİZƏYƏ BAŞLAYIR

Hazırda oxunan: Azərbaycan təmsilçisi Çempionlar Liqasında MÜBARİZƏYƏ BAŞLAYIR

207718

Bu gün "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, H qrupunda yer alan Vitali Borisovun rəhbərlik etdiyi kollektiv ilk görüşünü Şimali İrlandiyanın "Sparta Belfast" klubuna qarşı keçirəcək.

İsveçin Uddevalla şəhərində baş tutacaq oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə üz-üzə gələcək. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO