Azərbaycan-Estoniya oyunu Qəbələdə KEÇİRİLƏ BİLƏR

Azərbaycan-Estoniya oyunu Qəbələdə KEÇİRİLƏ BİLƏR

Hazırda oxunan: Azərbaycan-Estoniya oyunu Qəbələdə KEÇİRİLƏ BİLƏR

207552

Noyabrda Bakıda COP-29 beynəlxalq tədbiri keçiriləcəyinə görə AFFA Azərbaycan millisinin Millətlər Liqasının Estoniyaya qarşı oynayacağı görüşünü bölgədə keçirilməsini istəyir.

Bizim.Media xəbər verir ki, Estoniyaya qarşı matçın Qəbələ şəhər stadionunda baş tutması gözlənilir. 

Milli komandamızın baş məşqçisi Fernandu Santuş artıq həmin stadionda olub və şəraitdən razı qalıb. AFFA UEFA və Estoniya Futbol İttifaqı ilə danışıqlar aparır və tərəflərin razılığa gələcəyi gözlənilir. Azərbaycan - Estoniya oyunu noyabrın 16-da keçiriləcək və saat 18:00-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO