Almaniyalı məşqçi AFFA-nın təklifini niyə QƏBUL ETMƏYİB?

Almaniyalı məşqçi AFFA-nın təklifini niyə QƏBUL ETMƏYİB?

Hazırda oxunan: Almaniyalı məşqçi AFFA-nın təklifini niyə QƏBUL ETMƏYİB?

207311

Almaniyalı mütəxəssis Stefan Kuntzun Azərbaycan millisinə gəlməməsinin səbəbi müəyyənləşib.

Bizim.Media Almaniya mətbuata istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis AFFA-dan təklif alsa da, son anda imtina edib. 

Belə ki, Fernandu Santuşdan əvvəl Azərbaycan tərəfinin məhz Kuntzla danışıq apardığı bildirilir.

Həmin vaxt o, başqa federasiyalardan da təklif alıb. Kuntz özü də Türkiyə millisindən ayrıldıqdan sonra başqa yığmanın sükanı arxasına keçmək niyyətində olubmuş: 
 

“Lakin “2-ci Bundesliqa komandası “Hamburq”un layihəsi son anda fikrini dəyişməsinə səbəb olub. O, “Hamburq”da idman direktoru vəzifəsinə gətirildi və komanda ilə bağlı geniş səlahiyyətə sahibdir. Klub rəhbərliyi də bu təyinatdan məmnundur”.


Qeyd edək ki, Stefan Kuntz ötən ilin sentyabrında Türkiyə millisindən istefaya göndərilmiş, bu ilin mayında isə “Hamburq”un idman direktoru təyin olunmuşdu.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO