Stefan Yovitiç karyerasını Azərbaycanda davam etdirə bilərmiş.
Bizim.Media xəbər verir ki, monteneqrolu hücumçu 2 Premyer Liqa klubuna təklif olunub.
34 yaşlı forvard hazırda azad agentdir. Menecerləri onu "Sabah" və "Neftçi"yə təklif edib. Lakin hücumçunun maaşının yüksək, yaşının çox olması paytaxt təmsilçilərinin bu keçidə isti baxmamasına səbəb olub.
Yovitiç "Partizan", "Fiorentina", "Mançester Siti", "İnter", "Sevilya", "Monako", "Herta" (Berlin), "Olimpiakos" kimi klublarda çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
16:18 / 18.08.2024
“Neftçi” “Mançester Siti”nin sabiq futbolçusundan imtina edib
Hazırda oxunan: “Neftçi” “Mançester Siti”nin sabiq futbolçusundan imtina edib
Hazırda oxunan: “Neftçi” “Mançester Siti”nin sabiq futbolçusundan imtina edib
207224
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.