Qurban Qurbanov: “Yaxşı nəticə üçün daha səliqəli oynamalıyıq”

Qurban Qurbanov: “Yaxşı nəticə üçün daha səliqəli oynamalıyıq”

Hazırda oxunan: Qurban Qurbanov: “Yaxşı nəticə üçün daha səliqəli oynamalıyıq”

206445

"Bakıdakı matçda da bildirmişdim ki, çox təhlükəli əks-hücumlara malik və nəticəyə oynamağı bacaran kollektivə qarşı oynayırıq. Çox təcrübəli məşqçiləri var ki, bu komandanın qurulmasında onun rolu böyük olub. Ona böyük hörmətlə yanaşırlar, fikirlərini meydanda çox yaxşı icra edirlər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov

“Ludoqorets”lə cavab oyunundan öncə keçirilən mətbuat konfransında səsləndirib. O, mərhələ keçmək baxımından hələ heç nəyin itirilmədiyini bildirib:  

“Bəlkə Bakıda daha yaxşı nəticə əldə edə bilərdik. Amma əksini də düşünmək lazımdır. Ola bilərdi ki, daha pis nəticə qeydə alınardı. Qarşılaşmadan sonra komandada ilk günlər bir az üzüntü oldu. Amma hamı başa düşdü ki, bu, futboldur və hələ heç nə itirilməyib. Bizim cavab oyunumuz, bu matçda daha yaxşı nəticə əldə etməyə şansımız var. Rəqib öz meydanında oynayır və çox səviyyəli komandadır. 

Yaxşı nəticə əldə etmək üçün çox güc sərf etməliyik və daha səliqəli, intizamlı, dəqiq oynamalıyıq. Hazırlığımız pis keçmədi. Sabah lazım olan nəticəni əldə etmək üçün meydanda sonadək mübarizə aparacaq, vuruşacağıq. Çox istərdim ki, hətta məğlub olsaq belə komanda meydanda yaxşı vuruşa, mübarizə apara bilsin və buna inanıram. Komandanın hazırlığı pis deyil. İdeal formada olduğumuzu deməzdim. Amma oyundan-oyuna daha yaxşı oluruq və buna çalışırıq. Zədəli futbolçularımız Musa Qurbanlı və qapıçımız Şahruddin Məhəmmədəliyevdir. Digərləri matça hazırdır".

Qeyd edək ki, "Ludoqorets" Bakıda keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO