Qriqorçuk “Neftçi”nin yeni transferindən DANIŞDI

Qriqorçuk “Neftçi”nin yeni transferindən DANIŞDI

Hazırda oxunan: Qriqorçuk “Neftçi”nin yeni transferindən DANIŞDI

206368

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk klubun yeni transferi Rafael Quzzo haqda danışıb.

Bizim.Media xəbər verir ki, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında portuqaliyalı futbolçuya böyük ümid bəslədiyini bildirib:

“Çox şadam ki, daha bir yaxşı oyunçunu transfer edə bildik. Rafael Quzzo bizim oyun üslubumuza tam uyğun gələn maraqlı futbolçudur. Düzdür, bizə bir az gec qoşulub, amma qısa müddətdə onu optimal formaya çatdırıb xidmətlərindən yararlanmaq istəyirik. Quzzonun bizə çox köməyi dəyəcək, ona ümidimiz böyükdür”.

Qeyd edək ki, “Neftçi” 29 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlayıb. O, komandada 6 nömrəli formanı geyinəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO