Superliqada ilk tura yekun vuruldu

Superliqada ilk tura yekun vuruldu

Hazırda oxunan: Superliqada ilk tura yekun vuruldu

206367

Türkiyə Superliqasında ilk tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, bu gün turun son 2 matçı keçirilib.

Debütant “Bodrumspor” öz meydanında “Qaziantep”i qəbul edib. İkinci hissənin əvvəlində azlıqda qalmasına baxmayaraq, qonaqlar 90+7-ci dəqiqədə qələbə qolunu vurmağa müvəffəq olublar.

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Sabah”ın potensial rəqibi olan “Başakşehir” isə səfərdə “Rizespor”un qonağı olub. Bu matçda qalib aşkarlanmayıb. Qonaqlar hesabda önə keçsələr də, üstünlüklərini qoruya bilməyiblər.
“Bodrumspor” - “Qaziantep” - 0:1

Qol: Enric Saborit, 90+7

Qırmızı vərəqə: Quentin Daubin, 49 ("Qaziantep")

“Rizespor” - “Başakşehir” - 1:1

Qollar: Brandao Fiqueiredo, 29 (0:1), Xusniddin Alikulov, 45+6 (1:1)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO