Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat aldı

Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat aldı

Hazırda oxunan: Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat aldı

206342

Futzal üzrə FİFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.

Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, Ə.Cəbrayılov UEFA Çempionlar Liqasının ilkin mərhələsinin B qrupunun oyunlarında ədaləti qoruyacaq.

O, avqustun 21-də keçiriləcək “Fiorentino” (San Marino) – “Amigo Northwest” (Bolqarıstan) oyununda birinci, avqustun 22-də təşkil olunacaq “Fiorentino” (San Marino) – “Minerva” (İsveçrə) görüşündə üçüncü, “Amigo Northwest” (Bolqarıstan) – “Pro Futsal Cymru” (Uels) matçında isə ikinci hakim olacaq.

B qrupunun bütün oyunları Bolqarıstanın paytaxtı Sofiyada yerləşən “Armeec Arena”da keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO