“Qarabağ” 1 milyon avroya qapıçı alır

“Qarabağ” 1 milyon avroya qapıçı alır

Hazırda oxunan: “Qarabağ” 1 milyon avroya qapıçı alır

206167

"Qarabağ" heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu Polşanın "Stal" klubunda çıxış edən Mateuş Koçalskini transfer etmək istəyir. Bu barədə Polşa mətbuatı məlumat yayıb. Ağdam təmsilçisinin 24 yaşlı qolkiperin transferi ilə bağlı onun klubu ilə razılıq əldə etdiyi bildirilir.

Qeyd olunub ki, "Qarabağ" Koçalski üçün "Stal"a 1 milyon avro təzminat ödəyəcək.

Xatırladaq ki, "Stal" Mateuş Koçalskini 2022-ci ilin yayında Varşava "Legiya"sından transfer edib. Polşa millisinə də dəvət olunan qapıçı Meleç təmsilçisinin heyətində 40 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO