Özbəkistan millisi boks üzrə Olimpiya birincisi oldu

Özbəkistan millisi boks üzrə Olimpiya birincisi oldu

Hazırda oxunan: Özbəkistan millisi boks üzrə Olimpiya birincisi oldu

206132

Parisdə keçirilən Olimpiya Oyunlarında boks yarışları başa çatıb.

Bizim.Media championat.com-a istinadən xəbər verir ki, turnir çərçivəsində 13 dəst mükafat oynanılıb.

Onlardan yeddisi kişilər, altısı qadınlar arasında (13 qızıl, 13 gümüş və 26 bürünc medal) öz sahiblərini tapıb.

Boks üzrə medal sıralamasının qalibi Özbəkistan olub. Onun təmsilçiləri kişilərin yarışlarında beş qızıl medal qazanıblar. İkinci yeri üç qızıl və iki gümüş medal qazanan çinlilər tutublar. Kuba boksçuları isə bir qızıl və bir bürünc medal qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO