Azərbaycan 28-ci yerdə qərarlaşıb - Olimpiada bu gün başa çatacaq

Azərbaycan 28-ci yerdə qərarlaşıb - Olimpiada bu gün başa çatacaq

Hazırda oxunan: Azərbaycan 28-ci yerdə qərarlaşıb - Olimpiada bu gün başa çatacaq

206105

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 28-ci pillədə qərarlaşıb.

Bizim.Media xəbər verir ki, hələlik komandanın aktivində 2 qızıl, 2 gümüş və 2 bürünc mükafat var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıblar.

Ukrayna (3 qızıl, 5 gümüş, 4 bürünc) 21-ci, İran (3 qızıl, 5 gümüş, 2 bürünc) 22-ci, Gürcüstan (3 qızıl, 2 gümüş, 1 bürünc) 24-cü, qardaş ölkə Türkiyə (3 gümüş, 5 bürünc) 64-cü, Ermənistan (3 gümüş, 1 bürünc) 66-cı sıradadır.

İlk "üçlük"də Çin (39 qızıl, 27 gümüş, 24 bürünc), ABŞ (38 qızıl, 42 gümüş, 42 bürünc), və Avstraliya (18 qızıl, 18 gümüş və 14 bürünc) yer alıblar.

Qeyd edək ki, Paris-2024 bu gün başa çatacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO