“Çelsi”dən 70 milyonluq transfer

“Çelsi”dən 70 milyonluq transfer

Hazırda oxunan: “Çelsi”dən 70 milyonluq transfer

205912

"Vulverhempton"un futbolçusu Pedru Netu Premyer Liqada klubunu dəyişib.

Bizim.Media xəbər verir ki, "Çelsi" portuqaliyalı vingerin transferini yekunlaşdırıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. London təmsilçisi 24 yaşlı ön xətt oyunçusu üçün onun klubuna 70 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Vulverhempton" Pedru Netunu 2019-cu ilin avqust ayında "Latsio"dan transfer edib. Portuqaliya millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO