Rusiya millisinin keçmiş futbolçusu bir il ərzində 100 dəfə cərimələndi

Rusiya millisinin keçmiş futbolçusu bir il ərzində 100 dəfə cərimələndi

Hazırda oxunan: Rusiya millisinin keçmiş futbolçusu bir il ərzində 100 dəfə cərimələndi

205818

Rusiya millisinin sabiq futbolçusu Artyom Dzyuba bir il ərzində 100 dəfə cərimələnib. 

Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, hücumçuya süət həddini aşmağa, yol xətlərinin qaydalarını pozmağa, təhlükəsizlik kəmərini taxmamağa və avtomobilini müəyyən edilmiş zolaqda sürməməyə görə protokollar tərtib edilib. 

Nəticədə 2023-cü ilin oktyabrından bəri 35 yaşlı forvard 88 min rubl (1700 manatdan çox) cərimə ödəyib. Dzyuba ümumilikdə 300-dən çox cəriməyə məruz qalıb. 

Qeyd edək ki, futbolçu sonuncu dəfə formasını geyindiyi "Lokomotiv" (Moskva) komandasından ayrıldıqdan sonra klubsuzdur. O, Rusiya millisinin heyətində meydana çıxdığı 55 oyunda 30 qolla yadda qalıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO