Pərviz Nəsibov: “Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam”

Pərviz Nəsibov: “Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam”

Hazırda oxunan: Pərviz Nəsibov: “Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam”

205779

Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının gümüş medalını qazanan yunan-Roma güləşçisi Pərviz Nəsibov deyib.

Əslən azərbaycanlı olan Ukrayna təmsilçisi yarışla bağlı təəssüratlarını bölüşüb:
 

"Qızıl medal qazanmaq istəyirdim. Lakin qismətdə gümüş medal var imiş. Daha çox çalışmaq lazımdı. Düşünürəm ki, tələskənlik qızıl medal qazanmağıma mane oldu. Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam. Heç vaxt ölkəmizin adına xələl gətirəcək nəsə etmərəm. Yarımfinal görüşündə qarşılaşdığım Həsrət Cəfərovla meydanda rəqib ola bilərəm. Güləş xalçasından kənarda dostuq".


Qeyd edək ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Nəsibov finalda iranlı Səid Esmaili Leyvesə məğlub olaraq gümüş medalla kifayətlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO