Çempionlar Liqası və Avropa Liqasında 3-cü təsnifat mərhələsinin dünənki oyunlarından sonra UEFA reytinqi yenilənib.
Bizim.Media xəbər verir ki, baş tutan matçlar Azərbaycanın mövqeyinə də təsir edib.
Belə ki, 18,375 əmsala malik Azərbaycan bir pillə geriləyərək, 24-cü yerə düşüb. Eyni xala malik Slovakiya 23-cü pilləyə yüksəlib. Cari mövsümdə toplanan xal sayı isə 1,625-dir.
Azərbaycanla yanaşı, Türkiyə, Yunanıstan, Rusiya, Kipr, Farer adaları, Latviya və Finlandiya da geriləyib. Əvəzində Çexiya, Danimarka, Slovakiya, İsveç və Ermənistanda irəliləyiş müşahidə edilib.
Qeyd edək ki, UEFA reytinqinə 89,160 əmsala malik İngiltərə başçılıq edir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
16:53 / 08.08.2024
UEFA reytinqi: Azərbaycan bir pillə gerilədi
Hazırda oxunan: UEFA reytinqi: Azərbaycan bir pillə gerilədi
Hazırda oxunan: UEFA reytinqi: Azərbaycan bir pillə gerilədi
205703
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.