“Sauthempton”-“Latsio” matçında dava düşdü - VİDEO

“Sauthempton”-“Latsio” matçında dava düşdü - VİDEO

Hazırda oxunan: “Sauthempton”-“Latsio” matçında dava düşdü - VİDEO

205643

İngiltərənin "Sauthempton" və İtaliyanın "Latsio" komandaları arasında keçirilmiş yoxlama oyununda dava düşüb.

Bizim.Media xəbər verir ki, hadisə matçın 61-ci dəqiqəsində baş verib.

Britaniyalıların futbolçusu Şi Çarlz Roma təmsilçisinin hücumçusuna qarşı kobud oynayıb. Hər iki komandanın oyunçuları arasında mübahisə yaranıb.

"Latsio"nun müdafiəçisi Alessio Romanyoli rəqib yarımmüdafiəçi Karlos Alkarası boğazından tutub. Digər futbolçular münaqişəyə qoşulsalar da, hakimlər onları sakitləşdirə biliblər. Baş hakim Romanyoli və Alkarasa qırmızı vərəqə göstərib.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO