“Neftçi” portuqaliyalı futbolçu ilə anlaşdı

“Neftçi” portuqaliyalı futbolçu ilə anlaşdı

Hazırda oxunan: “Neftçi” portuqaliyalı futbolçu ilə anlaşdı

205589

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Bizim.Media xəbər verir ki, Bakı təmsilçisi Portuqaliyanın "Çaves" klubundan ayrılan Rafael Quzzo ilə razılıq əldə edib. Bu barədə "A Bola" nəşri məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi Azərbaycan klubu ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Rafael Quzzo ötən mövsüm "Çaves"in heyətində meydana çıxdığı 17 çempionat oyununda 2 qol vurub. Təcrübəli orta xətt oyunçusu Portuqaliyanın U-21 milli komandasının üzvü olub. O, yığmada 3 matçda forma geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO