“Araz Naxçıvan”dan növbəti transfer

“Araz Naxçıvan”dan növbəti transfer

Hazırda oxunan: “Araz Naxçıvan”dan növbəti transfer

205563

"Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb.

Bizim.Media xəbər verir ki, Naxçıvan təmsilçisi Slavik Alxasovla anlaşıb.

31 yaşlı cinah müdafiəçisi ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Artıq “qırmızı-ağlar”ın məşqlərində iştirak edən Alxasov müxtəlif illərdə “Sumqayıt”, “Xəzər Lənkəran”, “Sabah”, “Keşlə”, “Şamaxı”, “Zirə”, “Turan Tovuz” klublarında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ramon Maçado, Ömər Buludov, Benny, Felipe Santos, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO