Paris-2024: Güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq

Paris-2024: Güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq

Hazırda oxunan: Paris-2024: Güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq

205274

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/2 final görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı kubalı Mixain Lopes Nunyeslə üz-üzə gəlib.

Rəqibinə 1:4 hesabı ilə məğlub olan Şəriəti qızıl medal qazanmaq şansını itirib.

Qeyd edək ki, təmsilçimiz sabah bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO