“Çelsi”nin futbolçusu "Atletiko"ya keçəcək

“Çelsi”nin futbolçusu "Atletiko"ya keçəcək

Hazırda oxunan: “Çelsi”nin futbolçusu "Atletiko"ya keçəcək

205155

İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Konor Qallaher karyerasını İspaniya təmsilçisi "Atletiko"da davam etdirəcək. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu Madrid klubuna keçməyə razılaşıb. 

"Atletiko" bu transfer üçün 40 milyon avro xərcləyəcək və yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq. 

Qeyd edək ki, K.Qallaherin "Çelsi" klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Ötən mövsüm londonluların heyətində bütün turnirlərdə 50 oyun keçirən 24 yaşlı ingiltərəli futbolçu 7 qola, 9 məhsuldar ötürməyə imza atıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO