Qalmaqallı boksçunun kişi olduğu təsdiqlənibmiş

Qalmaqallı boksçunun kişi olduğu təsdiqlənibmiş

Hazırda oxunan: Qalmaqallı boksçunun kişi olduğu təsdiqlənibmiş

205079

Xəbər verdiyimiz kimi, Paris-2024 Yay Olimpiya Oyunlarında qalmaqal baş verib və qadınlar arasında keçirilən boks yarışında italiyalı idmançı Anjela Karini əlcəzairli rəqibi İmane Xeliflə döyüşməkdən imtina edib. İtaliyalı idmançının bunu etməsinə səbəb isə rəqibinin transgender olması idi.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Ümumdünya Boks Təşkilatının vitse-prezidenti və Beynəlxalq Boks Assosiasiyasının keçmiş baş katibi İştvan Kovaç hadisəyə münasibət bildirib.

Onun sözlərinə görə, əlcəzairli boksçu İman Xelifin 2022-ci ildə keçirdiyi cinsiyyət testi onun bioloji olaraq kişi olduğunu göstərib:

“Mən şəxsən Ümumdünya Boks Təşkilatına bu barədə məlumat verdim, lakin təəccüblüdür ki, bu günə qədər cavab verməyiblər”.

Qeyd edək ki, Xelif və Tayvan təmsilçisi Lin Yutinq bir il əvvəl Hindistanda keçirilən Dünya Çempionatında gender testindən keçə bilməyiblər. Buna baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi hər iki idmançının Paris-2024-də iştirakını təsdiqləyib. Onlar müvafiq olaraq 66 və 57 kq çəki dərəcələrində yarımfinala yüksələrək Paris Oyunlarında medalları təmin ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO