“Ludoqorets”in futbolçusu: “Qarabağ”ın güclü rəqib olduğunu bilirik” - VİDEO

“Ludoqorets”in futbolçusu: “Qarabağ”ın güclü rəqib olduğunu bilirik” - VİDEO

Hazırda oxunan: “Ludoqorets”in futbolçusu: “Qarabağ”ın güclü rəqib olduğunu bilirik” - VİDEO

205005

Bolqarıstanın “Ludoqorets” klubunun müdafiəçisi ölkə çempionatında “Arda” üzərində qələbəni (5:1) şərh edərkən, “Qarabağ”a qarşı Çempionlar Liqasının təsnifat mərhələsinin 3-cü turundakı oyuna da toxunub. 

Bizim.Media “Sportal.bg” portalına istinadən xəbər verir ki, Razqrad təmsilçisinin ispaniyalı futbolçusu, tam adı Fransisko Xavyer Hidalqo olan müdafiəçi Bakıda keçiriləcək oyunla bağlı bunları deyib:
 

“Qələbə qazanmaq bizim üçün çox vacib idi. Çünki son bir neçə matçda öz oyunumuzu tapa bilmirdik. Biz yaxşı oyun nümayiş etdirdik. Bu da komandaya lazım idi. “Qarabağ”la oyuna qədər nəyi yaxşılaşdırmaq lazım olduğunu bilirik. “Qarabağ”ın güclü olduğunu biz də bilirik. Bu komanda güclü rəqibdir. Hər şeyə hazırıq”.


"Qarabağ" - "Ludoqorets" matçı avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO