Azərbaycanlı hakim növbəti Avropa oyununda

Azərbaycanlı hakim növbəti Avropa oyununda

Hazırda oxunan: Azərbaycanlı hakim növbəti Avropa oyununda

204920

Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti mühüm təyinatını alıb. 

Bizim.Media xəbər verir ki, təcrübəli hakim UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda İsveç təmsilçisi "Yurqorden" və Finlandiya klubu "İlves" arasında keçiriləcək qarşılaşmanı idarə edəcək. 

Elçin Məsiyevə bu məsuliyyətli görüşdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim qismində isə Fərid Hacıyev fəaliyyət göstərəcək. Bundan əlavə, Əliyar Ağayev VAR, İnqilab Məmmədov isə AVAR rolunu icra edəcəklər. 

Xatırladaq ki, "Yurqorden" və "İlves" arasındakı həlledici görüş 15 avqust tarixində Stokholm şəhərindəki "Stokholm Arena"da baş tutacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO