Bakıdakı dünya çempionatının posteri təqdim olundu

Bakıdakı dünya çempionatının posteri təqdim olundu

Hazırda oxunan: Bakıdakı dünya çempionatının posteri təqdim olundu

204912

Azərbaycan Gimnastika Federasiyası oktyabrın 16-19-da Bakıda keçiriləcək “Team Gym” çempionatının posterini təqdim edib.

Bizim.Media xəbər verir ki, Avropa çempionatında 14 ölkədən gimnastlar iştirak edəcək.

Bunlar Azərbaycan, Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Norveç, İsveç yığmalarıdır.
İlkin məlumatlara görə, Bakıya 498 idmançı gələcək. Onların arasında 268 böyük, 230 yeniyetmə gimnast var.

Qeyd edək ki, “TeamGym” Avropa Gimnastikasının populyarlaşdığı komanda yarışıdır. O, üç aparatda çıxışlardan ibarətdir: “TeamGym” xalçası, tamblinq treki və kiçik batut.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO