Boqomolski “Neftçi”də qalacaq

Boqomolski “Neftçi”də qalacaq

Hazırda oxunan: Boqomolski “Neftçi”də qalacaq

204910

“Neftçi” Yeqor Boqomolskini heyətində saxlayacaq.

Bizim.Media xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk belaruslu hücumçudan ehtiyat hücumçu kimi yararlanacaq. 24 yaşlı oyunçunun bu yay bir neçə təklifi olub. Hücumçunu ölkə klublarından “Zirə” və “Şamaxı” icarəyə götürmək istəyib. Amma hər iki kluba “yox” cavabı verilib.

Bakılılar hazırda digər hücumçusu Lukas Melanonu göndərmək haqda düşünür. Ancaq 31 yaşlı argentinalını hətta icarəyə götürmək istəyən də yoxdur. Yüksək maaş alan, amma komandaya faydası dəyməyən forvardın taleyinə transfer pəncərəsi bağlanana kimi aydınlıq gəlməlidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO