Paris-2024: Gürcüstanlı cüdoçu diskvalifikasiya edildi

Paris-2024: Gürcüstanlı cüdoçu diskvalifikasiya edildi

Hazırda oxunan: Paris-2024: Gürcüstanlı cüdoçu diskvalifikasiya edildi

204799

Gürcüstanlı cüdoçu Quram Tuşişvili Paris-2024 Yay Olimpiya Oyunlarından diskvalifikasiya edilib.

Bizim.Media xəbər verir ki, buna onun qeyri-idman hərəkəti səbəb olub.

Tuşişvili 1/4 finalda fransalı Teddi Rinerə ipponla uduzub. O, sonda döşəkdən qalxmağa çalışan rəqibinin üzünə əl atıb və onu itələyib. Bu hərəkətdən sonra hakimlər onu yarışdan uzaqlaşdırıblar.

Quram bürünc medal uğrunda təsəlliverici döyüşlərdə iştirak etmək hüququndan məhrum olub. Nəticədə onunla güləşməli olan özbəkistanlı Alişer Yusupov üçüncü yer uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, bu çəkidə Azərbaycan cüdoçusu Uşanqi Kokauri təsəlliverici görüşdə kubalı Andi Qranda ilə üz-üzə gələcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO