Basketbolçularımızdan TARİXİ QƏLƏBƏ – Növbəti qızılı onlar QAZANACAQLAR? - VİDEO

Basketbolçularımızdan TARİXİ QƏLƏBƏ – Növbəti qızılı onlar QAZANACAQLAR? - VİDEO

Hazırda oxunan: Basketbolçularımızdan TARİXİ QƏLƏBƏ – Növbəti qızılı onlar QAZANACAQLAR? - VİDEO

204576

Xəbər verdiyimiz kimi, Azərbaycanın 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya oyunlarında ABŞ millisini 20:17 hesab ilə məğlub edib. 

Məlumat üçün qeyd edək ki, ABŞ basketbolun vətənidir. Eyni zamanda bu ölkənin komandası dünyanın ən güclüsü hesab olunur. Ona görə də millimizin qələbəsi böyük uğur kimi qiymətləndirilir.

Görəsən, basketbolçularımız ölkəmizə Olimpiya Oyunlarında növbəti medalları qazandıra bilərmi?  
 

MÖVZU İLƏ BAĞLI:

“Paris-2024”də TARİXİ QƏLƏBƏ: Basketbol millimiz ABŞ-ı məğlub etdi


İdman şərhçisi Rəşad Rafiqoğlu Bizim.Media-yaaçıqlamasında mövzu ilə bağlı suallarımızı cavablayıb. 

Şərhçi qeyd edib ki, Azərbaycan idman tarixində basketbol millilərimizin Olimpiya Oyunlarında ilk dəfə təmsil olunması tarixi hadisədir:

"3x3 qadınlardan ibarət basketbol millisinin ABŞ yığmasını, dünyanın ən güclü basketbol komandasını məğlub etməsi tarixi qələbədir. Düşünürəm ki, bu qələbə Azərbaycanda basketbolun inkişafına təkan olmalıdır.

Ümumiyyətlə, Azərbaycan Basketbol Federasiyasında aşağı yaş qruplarından ibarət komandalarımızın formalaşmasıyla bağlı ciddi tədbirlər görülür və bununla artıq aşağı yaş qruplarındakı komandalarımız uğurlar qazanmağa başlayıblar". 

Şərhçi qeyd edir ki, Azərbaycanda basketbolun inkişafı üçün bu idmanın məktəblərdə, universitetlərdə inkişaf etdirilməsi önəmlidir:

"Artıq bu istiqamətdə işlər görülür, məktəblərdə basketbol bölmələri yaradılır, bununla gənclərin, uşaqların basketbola maraqları erkən yaşlardan başlayır. Eyni zamanda, təhsil ocaqları, universitetlər arası yarışlar, çempionatlar keçirilir. Bu çempionatlardan istedadlı, bacarıqlı basketbolçular seçilir. Hətta bu yaxınlarda bizim gənc basketbolçumuz Amerikaya göndərildi. O, ABŞ-da təcrübəsini artıraraq milli komandamızın heyətinə cəlb olunacaq. Əminəm ki, indi görülən işlər Azərbaycan basketbolunun beynəlxalq arenadakı uğurlarını artıracaq".

“ABŞ üzərində qələbənin özü də böyük uğurdur”

Rəşad Rafiqoğlu qadınlardan ibarət millimizin Olimpiya mübarizəsinin necə nəticələnəcəyi ilə bağlı da fikirlərini bildirib: 

"Bu bizim qadınlardan ibarət komandamızın ilk çıxışıdır və elə Amerika millisi üzərindəki qələbə nəyə desəniz dəyər. Millimizin Olimpiya Oyunlarına vəsiqə qazanması belə bizim üçün uğurdur. Digər oyunlarda məğlubiyyətlər olsa belə, millimiz bu oyunlardan böyük təcrübə qazanacaq və gələcəkdə daha böyük uğurlar əldə edəcək".

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO