Coşqun Diniyev yeni klubunda nə qədər qazanacaq?

Coşqun Diniyev yeni klubunda nə qədər qazanacaq?

Hazırda oxunan: Coşqun Diniyev yeni klubunda nə qədər qazanacaq?

204139

Milli komandamızın üzvü Coşqun Diniyev iş yerini daha yaxşı təklifə görə dəyişib.

Bizim.Media xəbər verir ki, ötən mövsümü “Ümraniyəspor”da keçirən yarımmüdafiəçi, bir neçə gün öncə digər Türkiyə təmsilçisi “Bandırmaspor”la 1 illik müqavilə imzalayıb. 

29 yaşlı oyunçu yeni klubuna daha yaxşı maliyyə şərtlərinə görə “hə” deyib. 

Bir neçə variantı olan Coşquna ən yüksək maaşı məhz “Bandırmaspor” təklif edib. Yarımmüdafiəçi sözügedən klubda illik 200 min avro qazanacaq. 

Qeyd edək ki, Diniyev ötən mövsüm “Ümraniyəspor”un heyətində 33 rəsmi matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO