Türkiyə voleybolçuları Paris olimpiadasına qələbə ilə başladı

Türkiyə voleybolçuları Paris olimpiadasına qələbə ilə başladı

Hazırda oxunan: Türkiyə voleybolçuları Paris olimpiadasına qələbə ilə başladı

204089

Türkiyənin qadınlardan ibarət voleybol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, “ay-ulduzlular” C qrupunun I turunda Niderland seçməsi ilə üz-üzə gəliblər.

Matç Türkiyə kollektivinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2 (19:25, 19:25, 25:22, 25:22, 15:13).

İlk iki hissə Niderland yığmasının üstünlüyü ilə yekunlaşsa da, qardaş ölkə üçüncü setə daha fəal və istəkli başlayaraq yekunda qalib gəlib.

Milli komanda turun növbəti görüşündə Dominikan Respublikasının voleybolçuları ilə qarşılaşacaq. Oyun avqustun 1-də reallaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO