Milyarder basketbolçu Olimpiya Oyunlarında iştirak edəcək

Milyarder basketbolçu Olimpiya Oyunlarında iştirak edəcək

Hazırda oxunan: Milyarder basketbolçu Olimpiya Oyunlarında iştirak edəcək

203764

Milli Basketbol Assosiasiyasının “Los-Anceles Leykers” klubunda çıxış edən 39 yaşlı amerikalı basketbolçu Lebron Ceyms Olimpiya Oyunlarında iştirak edən ilk milyarder olacaq. 

Bizim.Media xəbər verir ki, 2024-cü ilin əvvəlində “Forbes” nəşri Lebron Ceymsin ümumi sərvətini 1 milyard dollar olaraq qiymətləndirmişdi. 

Dünyanın ən çox qazanan idmançılarının sonuncu reytinqində nüfuzlu biznes nəşri 39 yaşlı basketbolçunu illik 119,5 milyon dollar gəlirlə dördüncü yerə qoymuşdu.

Basketbolçunun sərvətinin yarım milyardından çoxu “Nike”, “Kia”, “Walmart”, “Intel”, “Coca-Cola”, “Beats be Dre” və başqa bu kimi şirkətlərlə bağladığı müqavilələrdən olan qazanclardır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO