Bu gün millimizin rəqibi müəyyənləşəcək

Bu gün millimizin rəqibi müəyyənləşəcək

Hazırda oxunan: Bu gün millimizin rəqibi müəyyənləşəcək

202673

Bu gün İsveçrənin Nyon şəhərində qadın futbol üzrə 2025-ci il Avropa çempionatının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. 

Bizim.Media xəbər verir ki, Azərbaycan millisi B liqasındadır. Millinin rəqibləri Portuqaliya, Şotlandiya, Uels, Serbiya, Ukrayna və Şimali Makedoniya komandalarından biri olacaq.

Püşkatma saat 15:00-da başlayacaq. Bu mərhələnin oyunları oktyabrın 23-29-da baş tutacaq.

Xatırladaq ki, Azərbaycan yığması Macarıstan (1:1, 0:5), Türkiyə (0:1, 1:0) və İsveçrə (0:4, 0:3) komandaları ilə oynayaraq B1 qrupunda sonuncu yeri tutub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO