Basketbol Federasiyası Montoneqro ilə əməkdaşlıq edəcək

Basketbol Federasiyası Montoneqro ilə əməkdaşlıq edəcək

Hazırda oxunan: Basketbol Federasiyası Montoneqro ilə əməkdaşlıq edəcək

202596

Azərbaycan Basketbol Federasiyası ilə, Monteneqro Basketbol Assosiasiyası arasında basketbol idman növünün inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu imzalanıb. 

Bizim.Media xəbər verir ki, Anlaşma Memorandumu ABF-nin vitse-prezidenti Fərrux Mahmudov və Monteneqro Basketbol Assosiasiyasının prezidenti xanım Yelena Dublyeviç tərəfindən imzalanıb. 

Bu əməkdaşlığın əsas məqsədi, federasiyalararası təcrübə mübadiləsinin aparılması, uşaq və yeniyetmə basketbolunun inkişaf etdirilməsi, müxtəlif yaş qrupları üzrə liqaların daha da keyfiyyətli vəziyyətə gətirilməsi olub.

Bundan əlavə Anlaşma Memorandumunda, məşqçi və yerli oyunçularımızın təcrübə mübadiləsi proqramları ilə bağlı güclü əlaqələrin qurulması barəsində də, qarşılıqlı razılıq əldə olunub. 

2024-2026-cı illəri əhatə edəcək ikiillik Anlaşma Memorandumunun imzalanma mərasimindən sonra, xanım Dublyeviç Azərbaycan Texniki Universitetin idman zalında Avropa çempionatında uğur qazanmış qızlarımızla görüş keçirib. 
U-16 millimizin məşqçilər korpusunu və qızlarımızı təbrik edən xanım Dublyeviç, onlara gələcək yarışlarda və basketbolçu karyeralarında uğurlar arzu edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO