“Zirə” “Turan Tovuz”un futbolçusu ilə ANLAŞDI 

“Zirə” “Turan Tovuz”un futbolçusu ilə ANLAŞDI 

Hazırda oxunan: “Zirə” “Turan Tovuz”un futbolçusu ilə ANLAŞDI 

202484

Avropa Liqasında mübarizə aparan «Zirə» növbəti transferi reallaşdırıb.

Bizim.Media xəbər verir ki, qəsəbə klubu yenə hücum xəttini gücləndirib. 

Ötən ay Davit Volkovu «Sabah»dan geri qaytaran, Junior Martinsi «Kəpəz»dən sıralarına qatan «qartallar» bu dəfə Luis Paçu ilə anlaşıb. 

Ötən mövsümdən Azərbaycanda çıxış edən braziliyalı forvard Zirənin eyniadlı komandası ilə 2 illik şəxsi müqaviləyə qol çəkib. Cənubi amerikalı «Turan Tovuz»a məxsusdur. 

Qərb klubunun yeni baş məşqçisi Kurban Berdiyev «sambaçı»nın xidmətində maraqlı olmadığına görə rəhbərlik onunla müqaviləyə xitam verib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO