“Sabah”ın hazırlıq planı dəyişdi

“Sabah”ın hazırlıq planı dəyişdi

Hazırda oxunan: “Sabah”ın hazırlıq planı dəyişdi

202352

Sloveniyada təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq planında dəyişiklik edilib. 

Bizim.Media xəbər verir ki, Masazır təmsilçisi iyulun 18-də, Sloveniya toplanışını başa vurduqdan sonra əvvəlcədən nəzərdə tutulduğu kimi Bakıya yox, “Makkabi” ilə Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun keçiriləcəyi Macarıstana yola düşəcək. 
“Sabah” oyuna kimi Budapeşt şəhərində məskunlaşacaq.

Qeyd edək ki, "Sabah"la "Makkabi" arasındakı ilk oyun iyulun 25-də Macarıstanda olacaq. Cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO